Özünə 1 milyard dollar kompensasiya təyin edə bilər

ozune-1-milyard-dollar-kompensasiya-teyin-ede-biler
Oxunma sayı: 577

ABŞ Prezidenti Donald Tramp hökumət adından özünə 1 milyard dollar kompensasiya təyin edə bilər.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Şimali Karolinada çıxışı zamanı danışıb. 

Bu təzminat ölkənin Ədliyyə Nazirliyinin keçmişdə onunla bağlı araşdırmaları, eləcə də 2022-ci ildə Federal Təhqiqat Bürosunun Trampın Florida ştatındakı iqamətgahında apardığı axtarışla bağlıdır.

“Məhkəmədə iddia qaldırmışdım və mən qalib gəlirəm. Sadəcə bir problem var. Bu məsələni tənzimləyəcək şəxs də mənəm. Ola bilsin, özümə 1 milyard dollar kompensasiya təyin edim və bütün pulları xeyriyyəyə verim”, - Tramp bildirib.