“Özünə hörmət edən ciddi media subyektləri belə sərsəm fikirləri yaymamalıdır”

ozune-hormet-eden-ciddi-media-subyektleri-bele-sersem-fikirleri-yaymamalidir
Oxunma sayı: 2532

“Sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.

O qeyd edib ki, ciddi media subyektləri belə fikirləri tirajlamamalıdırlar: “Özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə hiddət və etirazlarını bildirməlidirlər.

Xaosun, bulanıqlığın qarşısında sipər olmalıdırlar”.

Qeyd edək ki, son günlər bəzi televiziya kanallarında və saytlarda ailə dəyərlərinə zidd süjet və yazılara rast gəlinir. Ekspert qismində açıqlama verən şəxslərin anomal fikirləri cəmiyyətə müsbət hal kimi aşılamağa çalışılır.