Özünə iynə vuran həkim şoka düşüb öldü

ozune-iyne-vuran-hekim-soka-dusub-oldu
Oxunma sayı: 5551

Bakıda özünə iynə vuran həkim şoka düşərək ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub.

İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.