Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.
Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can itkisinin olub-olmadığı barədə açıqlama verilməyib.