Pakistanda qar uçqunu - Ölən və yaralananlar var

pakistanda-qar-ucqunu
Oxunma sayı: 1132

Pakistanın Gilgit-Baltistan bölgəsində qar uçqunu baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Qeyd olunur ki, Gilgit-Baltistan bölgəsində qar uçqunları tez-tez baş verir. Ortalama hündürlüyü 3 min 250 metr olan Gilgit-Baltistan bölgəsində 7 min metrdən yuxarı 50-dən çox dağ var.