Pakistandakı daşqınlar - Fotolarda

pakistandaki-dasqinlar
Oxunma sayı: 2604

Pakistan hazırda iyun ayından etibarən yağan musson yağışlarının səbəb olduğu daşqınlarla mübarizə aparır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daşqınlar nəticəsində həlak olanların sayı 1138-ə çatıb. 

Təbii fəlakət nəticəsində mindən çox insan yaralanıb, təqribən 1 milyon yaşayış evi, 3451 kilometr yol, 170 mağaza və 162 körpü zərər görüb. 

Bununla yanaşı, daşqınlar səbəbindən ölkənin Xayber-Paxtunxva əyalətində 330 mindən çox insan təxliyə olunub. 

Pakistan rəhbərliyi isə öz növbəsində ölkədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, bu il ölkədə daşqınlarla bağlı yaşanan vəziyyət 2010-cu ildə olduğundan daha pisdir. Bu zaman ölkədə daşqınlar zaman 1700 nəfər həlak olmuşdu.