Pakistanın Xeybər Paxtunxva əyalətinin Lakki-Marvat və Bannu rayonlarında beş nəfərdən çox insanın kütləvi toplaşmasına qadağa qoyulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadağa martın 18-dən 23-dək davam edəcək.
Həmin qadağa bu əyalətlərdə ictimai təhlükəsizliyə təhdidlər səbəbindən tətbiq edilib.
Xatırladaq ki, bu vilayətlər hökumətin tərkibini müəyyən edəcək yerli parlament seçkilərinə hazırlaşır.