Papanın səhhəti yenidən pisləşdi

papanin-sehheti-yeniden-pislesdi
Oxunma sayı: 1118

Papa Fransisk mayın 26-na planlaşdırılan bütün görüşlərini ləğv edib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın tviter hesabında məlumat verilib.

"Qrip xəstəliyinə görə Papa Fransisk bu gün ziyarətçiləri qəbul etməyib", - deyə Müqəddəs Taxt-Tacdan bildirib.

Qeyd edək ki,  martın 29-da Papa Romadakı Aqostino Gemelli xəstəxanasına aparılıb. Onun səhhətinin pisləşməsinə səbəb kimi soyuqdəymə göstərilib.