Parisdəki etirazlarda 300-dən çox saxlanılan var

parisdeki-etirazlarda-300-den-cox-saxlanilan-var
Oxunma sayı: 864

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə Fransa hökumətinin təklif etdiyi qənaət tədbirlərinə qarşı etiraz yürüşündə həbslərə başlayıblar.

“Qafqazinfo” BFMTV-yə istinadən xəbər verir ki, ölkə üzrə saxlanılanların sayı 300-ü keçib.

Məlumata görə, polis dəyənəklərdən, gözyaşardıcı qazdan və qumbaralardan istifadə edir. Etirazçılar buna cavab olaraq polisə məşəl, fişəng, şüşə və daş atırlar.

Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının (CGT) hesablamalarına görə, ölkə boyu nümayişlərdə təxminən 1 milyon insan iştirak edib.