Paşinyan Fransaya getdi

pasinyan-fransaya-getdi
Oxunma sayı: 787

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə yollanıb. 

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, N.Paşinyan bu gün VIII Paris Sülh Forumunda iştirak edəcək.

Oktyabrın 30-da isə Ermənistan Baş naziri Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüş keçirəcək.