Paşinyan Makronla görüşdü - Yenilənib

pasinyan-makronla-gorusdu
Oxunma sayı: 3939

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə ikigünlük Fransaya işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Səfər çərçivəsində bu gün onun Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb.

***

Ermənistanın müdafiə naziri Suren Papikyan da Fransaya səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, o, Baş nazir Nikol Paşinyanı müşayiət edir.

***

N.Paşinyanın Fransaya ikigünlük səfəri başlayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb. 

Onlar mətbuata birgə bəyanatla çıxış ediblər.