“Paşinyan ölkəni parçalayacaq”

pasinyan-olkeni-parcalayacaq
Oxunma sayı: 3371

“Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub. Bu o deməkdir ki, ölkəmiz parçalanacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunları “Ermənistan” alyansının lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyan deyib.

“Ermənistan” alyansının rəhbəri hakimiyyəti tamamilə dəyişməyi təklif edib.

O qeyd edib ki, alyansın üzvləri ev-ev, həyət-həyət gəzərək həyəcan təbili çalır. Tevanyanın sözlərinə görə, Ermənistanın mövcudluğu təhlükə altındadır.