Paşinyan qapalı iclasda Brüssel görüşünü müzakirə etdi

pasinyan-qapali-iclasda-brussel-gorusunu-muzakire-etdi
Oxunma sayı: 2070

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları və nazirlərlə qapalı görüş keçirib.

“Qafqazinfo” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün yekunları müzakirə edilib.

Görüşün 2 saatdan çox davam etdiyi qeyd olunub. 

Xatırladaq ki, mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə danışıqlar keçirilib.