Pasportsuz uçacaqlar

pasportsuz-ucacaqlar
Oxunma sayı: 649

Ukrayna və Türkiyə arasında pasportsuz uçuş qaydası bu gün qüvvəyə mindi.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Ukraynanın Ankaradakı səfiri Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, uçuş üçün sadəcə şəxiyyət vəsiqəsi yetərli hesab ediləcək.

Qeyd edək ki, Türkiyə və Ukrayna arasında pasportsuz uçuş razılaşması 14 mart 2017-ci ildə imzalanıb. Qərarı Ukrayna 17 mayda, Türkiyə isə 20 mayda təsdiq edib.