“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, həlledici qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Rəqib çox yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finaladək güclü komandaları mübarizədən kənarlaşdırıblar. Qələbə üçün əlimizdən gələni edəcəyik. Buna hazırıq. Ümumilikdə şanslar bərabərdir. 120 dəqiqəyə də, penaltilər seriyasına da hazırıq”.
Son xəbərlər
Son Xəbərlər