Peskovdan sonra Zaxarova da ona cavab verdi

peskovdan-sonra-zaxarova-da-ona-cavab-verdi
Oxunma sayı: 3682

“Rusiyanın Ermənistana İttifaq dövlətinə qoşulması və ölkənin öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün təzyiqlər etməsi barədə yayılan məlumatlar feykdir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib.

“Əgər onlar (ermənilər - red.) belə bir açıqlama verirlərsə və konkret ölkəyə qarşı iddialar səsləndirirlərsə, faktlar təqdim etməlidirlər”, - deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yerli mediaya verdiyi açıqlamasına görə, Rusiya Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz verməsi və ölkənin Rusiya-Belarus İttifaq Dövlətinə qoşulması üçün İrəvana təzyiq edir. Bunun ardınca, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qriqoryanın bu açıqlamalarının təxribat xarakterli olduğunu qeyd edib.