Peyvəndlənən yeniyetmələrin sayı açıqlandı

peyvendlenen-yeniyetmelerin-sayi-aciqlandi
Oxunma sayı: 978

Bu günə qədər 552 yeniyetmə koronavirusa qarşı vaksinasiyada iştirak edib. 

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların səhhətində hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. 

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Gülnar Əliyeva