Pirallahıdakı təhlükə aradan qaldırıldı - Video

pirallahidaki-tehluke-aradan-qaldirildi
Oxunma sayı: 3349

Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. 

Bu barədə “Qafqazinfo”ya FHN-dən bildirilib. 

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.