Polis kapitanı bölmə rəisi təyin olundu

polis-kapitani-bolme-reisi-teyin-olundu
Oxunma sayı: 7101

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Qafqazinfo" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şıxəliyev Turan Şikar oğlu vəzifəsindən azad olunub.

Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə o, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.