“Polis müdaxilə etdi”

polis-mudaxile-etdi
Oxunma sayı: 741

“Polis Əkrəm Əylislinin evi qarşısında təşkil edilən aksiyaya müdaxilə edib. Videolarda bu aydın görünür”.

Bu barədə “Qafqazinfo” ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, əgər gənclər aksiyada polisə müdaxilə etsəydilər, onlar qanunla cəzalandırılımalı idilər: “Amma gənclər polisin müdaxiləsindən sonra sakitcə dağlışıblar. O aksiya sadəcə bir sıra vətənpərvər gəncin həmin əsərə etiraz olaraq təşkil etdiyi aksiya idi”.

Qeyd edək ki, müxalif gənclər həmin aksiyada iştirak edənlərin cəzalandırılmamasından narahatdırlar. Qeyd edirlər ki, onlar aksiya keçirmək üçün BŞİH-nə də müraciət etməyiblər. Bununla iqtidar və müxalifət gəncləri arasında hakimiyyətin ayrı-seçkilik saldığını düşünürlər.

Günel