Polkovnik-leytenant koronavirusdan vəfat etdi

polkovnik-leytenant-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 10931

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb. 

DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

Murad Əhməd