Polşa Ukrayna taxılına görə Aİ-dən təzminat alacaq

polsa-ukrayna-taxilina-gore-ai-den-tezminat-alacaq
Oxunma sayı: 1074

Polşanın Baş naziri Mateuş Moravetski ölkənin Ukraynadan idxal edilən taxılla əlaqədar itkilərinə görə Avropa İttifaqından təzminat alacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Moravetski bu barədə öz feysbuk hesabında etdiyi paylaşımda bildirərək ölkənin kənd təsərrüfatı sektorunda yaşanan problemlərə toxunub.

Polşadakı fermerlərin Ukraynadan taxıl idxalı səbəbiylə maliyyə problemi yaşadığını deyən Moravetski, “Polşa Ukraynadan idxal edilən taxılın yaratdığı itkilərə görə Avropa İttifaqından (Aİ) təzminat alacaq”, - deyə bildirib.

Polşa mətbuatında Aİ Komissiyasının Ukrayna taxılından əziyyət çəkən fermerlər üçün İttifaqda 56 milyon avro dəyərində dəstək paketi təklif edəcəyi qeyd edilib.