Polşa Ukraynaya silah ixracı ilə bağlı 30 ilin ən böyük müqaviləsini imzalayır

polsa-ukraynaya-silah-ixraci-ile-bagli-30-ilin-en-boyuk-muqavilesini-imzalayir
Oxunma sayı: 1270

Polşa Ukraynaya silah tədarükü ilə bağlı son 30 ilin ən böyük müqaviləsini imzalayacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

"Əslində, biz indi son 30 ilin ən böyük silah ixracı müqavilələrindən birini imzalayırıq. Sınaqdan keçmiş silahlardır və sübut olunub ki, bu, artıq meydanda çox vacib silah olacaq”, - Polşanın baş naziri bildirib.

Moravetski qeyd edib ki, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi qismən Avropa İttifaqı tərəfindən qarşılanacaq.

Öz növbəsində Polşanın Baş nazirinin müavini, dövlət aktivləri naziri Yaçek Sasin bildirib ki, müqavilənin məbləği təxminən 630 milyon dollar təşkil edəcək.