Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

prezident-seyxa-el-nuveysle-bir-arada
Oxunma sayı: 460

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb.

Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.