Prezident icra başçısını vəzifəsindən azad etdi

prezident-icra-bascisini-vezifesinden-azad-etdi
Oxunma sayı: 12347

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev vəzifəsindən azad edilib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Ə. Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.