Prezident Mayis Bərxudarova general-leytenant rütbəsi verdi

prezident-mayis-berxudarova-general-leytenant-rutbesi-verdi
Oxunma sayı: 10446

Azərbaycan Prezidenti İlham Əliyev Mayis Bərxudarovun rütbəsini artırıb. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, 46 yaşlı M.Bərxudarova 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə general-mayor rütbəsi verilib. O, eyni zamanda Vətən müharibəsinin əsas komandanlarındandır.

M.Bərxudarov “Qarabağ” və “Azərbaycan bayrağı” ordenləri, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.