Prezident ona “general-mayor” ali hərbi rütbəsi verdi

prezident-ona-general-mayor-ali-herbi-rutbesi-verdi
Oxunma sayı: 13463

Prezident İlham Əliyev polkovnik Elçin Məmmədovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, E.Məmmədov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təsdiq edilib.

O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.