Prezident seçkiləri ilə əlaqədar MSK-da iclas keçiriləcək

prezident-seckileri-ile-elaqedar-msk-da-iclas-kecirilecek
Oxunma sayı: 952

Bu gün növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya MSK-dan məlumat verilib.

Bildirilib ki, toplantı saat 16:00-da başlayacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.