Prezident seçkilərinin yekun nəticələri açıqlandı

prezident-seckilerinin-yekun-neticeleri-aciqlandi
Oxunma sayı: 10447

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının hazırda keçirilən iclasında son nəticələr elan olunub.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 milyon 567 mindən çox) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.