Prezident Suraxanıda açılışa qatıldı - Fotolar

prezident-suraxanida-acilisa-qatildi
Oxunma sayı: 4206

Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb.