Prezident təcili yardım maşını ilə aparıldı - Video

prezident-tecili-yardim-masini-ile-aparildi
Oxunma sayı: 8764

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sammitində iştirak etmək üçün yola düşən, lakin qəflətən ürəyində problem yaranan Qırğızıstan prezidenti Almazbek Atambayevin xəstəxana görüntüləri yayılıb.

Qafqazinfo” xəbər verir ki, Atatürk hava limanında vəziyyəti pisləşdiyi üçün aeroportun otelində 4 saat dincələn dövlət başçısı həkim müayinəsindən keçib. Dünən gecə isə oteldən çıxarılan Atambayev özəl təyyarə ilə Ege bölgəsinə aparılıb. 

Nyu-York səfərini təxirə salan və qısamüddətli məzuniyyət götürən prezident müalicəsini Türkiyədə davam etdirəcək.