Prezident teleradio şurasının əməkdaşlarına ad verdi - Siyahı

prezident-teleradio-surasinin-emekdaslarina-ad-verdi-siyahi
Oxunma sayı: 717

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər

"Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayeva Kifayət Alay qızı
Xudat-zadə Fikrət Əhməd oğlu
Qaraşov Rafail Buruza oğlu

Prezidentin digər sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adlar verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Jurnalist" fəxri adı verilsin:

Cəbiyev Qafar Cəfər oğlu
Vəliyeva Sona Məhəmməd qızı