Prezidentliyə namizədlərin siyahısı bu tarixdə dərc olunacaq

prezidentliye-namizedlerin-siyahisi-bu-tarixde-derc-olunacaq
Oxunma sayı: 9948

Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 18 yanvar 2024-cü il tarixinədək dərc olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılmasına isə gələn ilin yanvarın 15-də start veriləcək, fevralln 6-sı saat səhər 8-də dayandırılacaq.

Qeyd edək ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci 2 gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.