“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

prius-agir-qeza-toretdi-9-yasli-usaq-oldu
Oxunma sayı: 3404

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.