“Prius” qəza törətdi, 22 yaşlı sərnişin öldü

prius-qeza-toretdi-22-yasli-sernisin-oldu
Oxunma sayı: 2885

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil “Tata” markalı yük avtomobilinə çırpılıb. Belə ki, taksi kimi istifadə edilən minik avtomobili sürücünün idarəetməsindən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

Nəticədə “Toyota Prius”dakı sərnişin, 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.