Protokolların hazırlanma qaydası və sayı təsdiq olunub

protokollarin-hazirlanma-qaydasi-ve-sayi-tesdiq-olunub
Oxunma sayı: 1085

2025-ci ilin 29 yanvar tarixinə təyin edilən bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib. 

O qeyd edib ki, komissiyanın qərarına əsasən, seçki keçirilən bələdiyyələrin sayına uyğun olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün protokolların hazırlanması qərara alınıb.

Lamiyə Məmmədova