PSJ fanatları Paris klubuna transferi gözlənilən Duşan Vlahoviçi təhdid edib. “Qafqazinfo” xəbər verir ki, fransalı azarkeşlər hücumçunun Kosovoyla bağlı məlum qalmaqalını unutmayıb və onu neonasist sayır.
Fanatlar Vlahoviçlə bağlı pankart hazırlayıb və onun barmaqlarını kəsəcəklərini bildiriblər.
3 barmağını “itirmək” təhdidindən sonra Duşanın “Yuventus”u PSJ-yə dəyişmək ehtimalı xeyli azalıb.
Qeyd edək ki, Duşan Vlahoviç bir neçə müddət əvvəl Kosovanın Serbiyaya birləşmiş xəritəsi ilə fotosunu paylaşaraq barmaqları ilə 3 göstərmişdi.
Son xəbərlər
Son Xəbərlər