Putin 2024-cü ildəki prezident seçkilərinə namizəd olacaq?

putin-2024-cu-ildeki-prezident-seckilerine-namized-olacaq
Oxunma sayı: 3146

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr prezident administrasiyasına yaxın olan mənbələrə istinadən yazıb ki, rəsmilər Putindən noyabrda keçiriləcək konfransda martda baş tutacaq prezident seçkilərində iştirak edəcəyini açıqlamasını gözləyirlər.

Məsələ ilə bağlı Kreml şərh verməyib.

Xatırladaq ki, Putin 1999-cu ilin son günündə prezident səlahiyyətlərini Boris Yeltsindən təhvil alıb. O, İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub. Həmçinin, Leonid Brejnevin 18 illik hakimiyyət müddətini də keçib.

Qeyd edək ki, oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.