Rusiya Prezidenti Vladimir Putin ordudakı əsgərlərin sayını təxminən 170 min nəfər artırıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya lideri fərman imzalayıb.
Fərmana əsasən, 1 milyon 320 mini əsgər olmaqla Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 milyon 209 min 130 nəfər müəyyən edilib.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.