Putin Si Cinpinlə sülh planını müzakirə etməyib

putin-si-cinpinle-sulh-planini-muzakire-etmeyib
Oxunma sayı: 1890

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya ilə Çin Ukraynayla bağlı sülh planını müzakirə etməyib. Ölkə liderləri yalnız bu istiqamətdə təşəbbüslərdən bəhs ediblər.

Xatırladaq ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada səfərdə olub. O, martın 20-də, Putinlə 4,5 saat təkbətək qeyri-rəsmi danışıqlar aparıb.