Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfəri edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Tacikistan”ın teleqram kanalında məlumat yayılıb.
Putin səfər çərçivəsində ölkə Prezidenti Emoməli Rəhmonla görüşəcək. Həmçinin oktyabrın 10-u Müstəqil Dövlətlər Birliyi (MDB) Liderlərinin Sammitində iştirak edəcək.
Səfər 3 gün davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Putinin oktyabrın 9-u Düşənbədə keçiriləcək ikinci Rusiya-Mərkəzi Asiya Sammitində iştirak edəcəyi bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər