“Putin Uzaq Şərqə səfərləri zamanı üç gün yatmır”

putin-uzaq-serqe-seferleri-zamani-uc-gun-yatmir
Oxunma sayı: 3669

“Rusiya Prezidenti Uzaq Şərqə səfərləri zamanı praktiki olaraq üç gün yuxusuz qalır”.

"Qafqazinfo" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Putin Rusiyanın mərkəzi hissəsinə nisbətən saat qurşaqlarının çox fərqləndiyi regionlara səyahət edərkən əksər hallarda yerli vaxta keçmir.

"O, Moskva vaxtı ilə yaşayır, yəni Moskvada gecə olanda da o işləyir", - Peskov qeyd edib.

Həmçinin Peskov əlavə edib ki, belə səfərlər adətən üç gün davam edir.