Putin və Lukaşenko dəniz gəzintisində - Foto

putin-ve-lukasenko-deniz-gezintisinde
Oxunma sayı: 5713

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə dəniz gəzintisinə çıxıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko hələ də Rusiyada səfərdədir, dünən və bu gün iki prezidentin - Lukaşenko və Putinin ünsiyyəti olub”, - Kremlin nümayəndəsi deyib.

Peskov xatırladıb ki, cümə günü liderlərin rəsmi danışıqları olub.

“Bu gün bu danışıqların qeyri-rəsmi hissəsidir”, - Peskov qeyd edib.