Putindən Ərdoğana - “Sifarişçilər cavab verməli olacaqlar”

putinden-erdogana
Oxunma sayı: 7342

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda baş vermiş terror aktlarının qurbanlarına görə başsağlığı verib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

“Rusiya dövlət başçısı həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı verib, xəsarət alanlara isə tez bir zamanda sağlıqlarına qovuşmarını diləyib. O, bu cinayəti qəti şəkildə pisləyib və əminliklə vurğulayıb ki, onun sifarişçiləri və həyata keçirənləri cavab verməli olacaqlar. Vladimir Putin baş vermiş hadisənin beynəlxalq terrorizmə qarşı barışmaz mübarizə üçün birgə səylərin artırılmasının vacibliyinə işarə etdiyini vurğulayıb”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 10-da İstanbulda “Beşiktaş” stadionun qarşısında iki dəfə partlayış baş verib. Hadisə nəticəsində 30-u polis olmaqla 38 nəfər şəhid olub, 155 nəfər yaralanıb.