Putindən Kadırovla bağlı - Fərman

putinden-kadirovla-bagli-
Oxunma sayı: 7116

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun səlahiyyət müddətini uzadıb.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, prezident tərəfindən imzalanan fərmana əsasən Kadırovun səlahiyyətləri sentyabra qədər uzadılıb.

Putin bu qərarı Kadırovun çeçen xalqı və Rusiya üçün etdiyi işləri dəyərləndirərək verdiyini qeyd edib. Artıq çeçen lideri bu qərarı dəyərləndirib və Putinə etimada görə təşəkkür edib.

Qeyd edək ki, Ramzan Kadırovun səlahiyyət müddəti aprelin 5-də başa çatırdı.