Putinin amerikalı jurnalistlə müsahibəsini 200 milyon insan izləyib

putinin-amerikali-jurnalistle-musahibesini-200-milyon-insan-izleyib
Oxunma sayı: 3316

Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini “X” sosial şəbəkəsində artıq 200 milyon istifadəçi izləyib.

“Qafqazinfo” xəbər verir ki, müsahibə fevralın 9-na keçən gecə dərc olunub.

Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.

Söhbət zamanı Rusiya Prezidenti Ukraynadakı münaqişə, NATO-nun genişlənməsi, amerikalı jurnalist Evan Qerşkoviçin həbsi kimi mövzulara toxunub.