Putinin BƏƏ-yə səfərini 4 döyüş təyyarəsi müşayiət etdi - Video

putinin-bee-ye-seferini-4-doyus-teyyaresi-musayiet-etdi
Oxunma sayı: 3937

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin BƏƏ-yə səfər edərkən raketlərlə təchiz edilmiş 4 ədəd Su-35 qırıcısı onu müşayiət edib.

Bildirilib ki, Putinin olduğu İL-96 model prezident təyyarəsini müşayiət etmək üçün döyüş təyyarələri havaya qalxıb.

Putinin təyyarəsinin hər tərəfində iki nəfərdən ibarət qruplar halında yerləşən Su-35S model döyüş təyyarələrinin hava hədəflərini vura bilən R-73 və R-77 raketləri daşıdığı görülüb.

Putin paytaxt Əbu-Dabiyə enənə qədər Rusiya döyüş təyyarələri onun səfərini müşayiət etməyə davam edib.

Vurğulanıb ki, müxtəlif siniflərdə standart aviasiya silahları ilə təchiz edilmiş Su-35S uçuş boyu prezident təyyarəsinə hava dəstəyi verib.

Təyyarələrin ağır yağış və güclü küləklə çətin hava şəraitində hava limanından havaya qalxdığı və döyüş təyyarələrinin birinci dərəcəli pilotlar tərəfindən idarə edildiyi bildirilib.