“Putinin həbsi Rusiyaya müharibə elanı olar”

putinin-hebsi-rusiyaya-muharibe-elani-olar
Oxunma sayı: 5095

"Vladimir Putinin Cənubi Afrikaya səfəri zamanı onu həbs etmək cəhdi Rusiyaya qarşı müharibə elanı olar".

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Cənubi Afrika Prezidenti Siril Ramafos deyib. 

O bildirib ki, V. Putin Cənubi Afrikaya "BRİKS" sammitində səfər edərsə, onun həbsi konstitusiyaya zidd və qanunsuzdur:

"Putini həbs etmək hökumətə verilən səlahiyyətlərdən ehtiyatsız istifadə deməkdir".

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) V. Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb.