Qadın sobanın üstünə yıxılaraq yandı

qadin-sobanin-ustune-yixilaraq-yandi
Oxunma sayı: 1789

Biləsuvarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, Məkurə Cavanşir qızı Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.