Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfirliyinə rəsmi məktub göndərərək hərbi və təhlükəsizlik attaşelərinin 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki səhifəsində məlumat verilib.
Bildirilib ki, İran attaşeləri “persona non-qrata” elan olunub.
“Bu qərar beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və mehriban qonşuluq prinsiplərini kobud şəkildə pozaraq, onun suverenliyini və təhlükəsizliyini pozan İranın Qətərə qarşı dəfələrlə hücumları və açıq-aşkar təcavüzünə cavab olaraq qəbul edilib”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər